ABŞ və NATO nüvə və kimyəvi silahlardan qorunmaq üçün təlimlər keçirəcək

12-07-2022, 09:00

ABŞ və NATO nüvə və kimyəvi silahlardan qorunmaq üçün təlimlər keçirəcək

ABŞ və NATO Kanadada nüvə, kimyəvi və bioloji silahlardan qorunmaq üçün müdafiə təlimləri keçirəcək.

Ordum.az xəbər verir ki, bu barədə “The Defence Post” məlumat yayıb.

Təlimdə ABŞ və Kanada hərbçiləri ilə yanaşı, Avstriya, Belçika, Çexiya, Danimarka, Fransa, Almaniya, İtaliya, Niderland, Norveç, Slovakiya və Böyük Britaniyadan olan hərbçilər də iştirak edəcək.

Pentaqon hesab edir ki, manevrlər əsgərlərə çətin şəraitdə öz imkanlarını sınamağa kömək edəcək. Xüsusilə, materiallardan nümunələrin götürülməsi, onların təhlilinin aparılması və potensial təhlükələrin müəyyən edilməsi üçün texnologiyalar hazırlanacaq.




Facebook'da Paylaş