NATO Ukrayna və Moldova sərhədləri yaxınlığında təlimlərə başlayıb

3-06-2022, 12:57

NATO Ukrayna və Moldova sərhədləri yaxınlığında təlimlərə başlayıb

NATO üzvü olan 5 dövlət Rumıniyanın Qalats bölgəsinin Smırdan yaşayış məntəqəsində beynəlxalq təlimdə iştirak edir.

Ordum.az TASS-a istinadən xəbər verir ki, bu barədə yerli radio iyunun 3-də məlumat yayıb.

Qeyd olunub ki, təlimlərə ABŞ, Belçika, Bolqarıstan, İtaliya, Fransa və Portuqaliya hərbçiləri ilə yanaşı, mindən çox Rumıniya hərbçisi də cəlb olunub.

Xatırladaq ki, Smırdan Ukrayna sərhədinin 25 km-liyində, Moldova sərhədinin isə 10 km-liyində yerləşir.




Facebook'da Paylaş