NATO-nun Baş katibi Azərbaycana təşəkkür edib

15-02-2022, 14:05

NATO-nun Baş katibi Azərbaycana təşəkkür edib

Fevralın 15-də NATO-nun Baş katibi Yens Stoltenberqlə Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığı zamanı dünya enerji bazarındakı mövcud duruma dair fikir mübadiləsi aparılıb.

Ordum.az xəbər verir ki, söhbət zamanı NATO-nun Baş katibi Avropanın etibarlı qaz təchizatçı olmasına və qaz ixracını artırmasına görə Azərbaycana təşəkkürünü ifadə edib.

Prezident İlham Əliyev Azərbaycanın enerji məhsulu növlərinin önəmli ixracatçısı kimi etibarlı tərəfdaş olaraq qalmaqda davam edəcəyini diqqətə çatdırıb.




Facebook'da Paylaş