“Zəfər” altsisteminə 230 mindən çox şəxsə dair məlumat daxil edilib

12-12-2022, 12:39

“Zəfər” altsisteminə 230 mindən çox şəxsə dair məlumat daxil edilib

“Zəfər” altsisteminə 230 mindən çox şəxsə dair məlumat daxil edilib.

Ordum.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, “Zəfər” altsisteminə aidiyyəti qurumlar tərəfindən şəhid və şəhid ailəsi, müharibə veteranı statusu almış şəxslərə, müharibə ilə əlaqədar əlilliyi olanlara dair məlumatlar daxil edilir. Bu altsistemə artıq 230 mindən çox şəxsə dair məlumatlar daxil edilib.

“Zəfər” altsistemi dövlət orqanlarına və özəl qurumlara şəhid ailələri və müharibə iştirakçılarına sosial dəstəyin təmin edilməsi işlərində daha operativ, sistemli, məqsədəuyğun tədbirlərin görülməsi üçün çevik məlumat mübadiləsi imkanı yaradıb.

44 günlük Vətən müharibəsinin iştirakçısı olan və "Müharibə veteranı" adı verilmiş şəxslərə çevik şəkildə təqaüd təyinatının aparılmasında da “Zəfər” altsistemi mühüm rol oynadı.

Aidiyyəti qurumlar tərəfindən "Müharibə veteranı" adı verilmiş şəxslərə dair məlumatlar həmin altsistemə daxil edildikdən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən e-sistem üzərindən onlara proaktiv qaydada təqaüd təyinatları aparıldı.




Facebook'da Paylaş