Azərbaycan MN: "Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub"

17-06-2022, 10:01

Azərbaycan MN: "Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub"

İyunun 17-si gecə saatlarında Ermənistan Silahlı Qüvvələrinin bölmələri Azərbaycan Ordusunun dövlət sərhədinin Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu barədə Ordum.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

"Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb", - məlumatda qeyd edilib.




Facebook'da Paylaş