Haaqa tribunalı Rusiyanın Ukraynaya hücumu ilə bağlı təhqiqata başlayıb

3-03-2022, 09:21

Haaqa tribunalı Rusiyanın Ukraynaya hücumu ilə bağlı təhqiqata başlayıb

Haaqa Məhkəməsi Rusiyanın Ukraynaya hücumu ilə bağlı hərbi cinayətləri araşdırmağa başlayıb.

Ordum.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Beynəlxalq Cinayət Məhkəməsinin hüquqi instansiyasının prokuroru Kərim Xan Rusiyanın törətdiyi mümkün hərbi cinayətlərlə bağlı araşdırmaya başlanıldığını bildirib.

"Ukraynadakı vəziyyətin ilkin təhlilindən sonra ofisim bizim məhkəmənin yurisdiksiyasına daxil olan cinayətlərin törədilə biləcəyinə inanmaq üçün kifayət qədər əsas gördü. Potensial olaraq belə hesab edilə bilən konkret hallar artıq müəyyən olunub və təhqiqatın əsasını təşkil edəcək. İstintaq aparılır”, - prokuror deyib.

Bundan əvvəl Kərim Xan istintaqa başlamaq üçün icazə almaq üçün məhkəmənin Prezident Şurasına müraciət etmək niyyətində olduğunu bildirsə də, 38 ölkənin tribunalına müraciəti ona dərhal işə başlamağa əsas verib.




Facebook'da Paylaş