Sərhəddə şəhid olan hərbi qulluçumuzun nəşi doğulub boya-başa çatdığı kəndə gətirilir

12-01-2022, 12:00

Sərhəddə şəhid olan hərbi qulluçumuzun nəşi doğulub boya-başa çatdığı kəndə gətirilir

Yanvarın 11-də dövlət sərhədində Ermənistanın təxribatı nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Nəzərov Ayaz Azər oğlunun nəşi doğulub boya-başa çatdığı Tovuzun Bozalqanlı kəndinə gətirilir.

Ordum.az xəbər verir ki, şəhidimiz bu gün dəfn ediləcək.

Şəhid hərbi qulluqçumuz 1998-ci il iyunun 16-da Tovuz rayonunun Bozalqanlı kəndində anadan olub.

Xatırladaq ki, Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində yanvarın 11-i günorta saatlarında Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Nəzərov Ayaz Azər oğlu şəhid olub




Facebook'da Paylaş