Slovakiya Finlandiyadan 76 zirehli transportyor alacaq

31-08-2022, 09:30

Slovakiya Finlandiyadan 76 zirehli transportyor alacaq

Slovakiya Finlandiya ilə 76 ədəd “Patria AMVXP” zirehli şəxsi heyət daşıyıcısının alınması üçün 447 milyon avro dəyərində müqavilə imzalayıb.

Ordum.az xəbər verir ki, bu barədə TASR xəbər agentliyi məlumat yayıb.

Avtomobillərin ilk partiyası Slovakiyaya 2023-cü ilin sentyabrında tədarük olunacaq. Rəsmi Bratislava müdafiə sifarişinin icrasında Slovakiya şirkətlərinin 40% iştirakına dair Helsinki ilə razılığa gəlib.

Zirehli transportyorlar 2026-cı ilə qədər Slovakiya Silahlı Qüvvələrində formalaşmalı olan ağır mexanikləşdirilmiş briqadanın tərkibində olacaq.

“Patria AMVXP” 2004-cü ildən Finlandiyanın “Patria” şirkəti tərəfindən istehsal olunur. Onlar Finlandiyadan başqa Sloveniya, Xorvatiya, Polşa, İsveç, Cənubi Afrika və Birləşmiş Ərəb Əmirliklərinin ordularında istifadə olunur.




Facebook'da Paylaş