Türkiyənin KMG556 pulemyotu kütləvi istehsala hazırdır

13-12-2021, 10:12

Türkiyənin KMG556 pulemyotu kütləvi istehsala hazırdır

Türkiyənin KMG556 pulemyotu sınaqlardan keçib və kütləvi istehsala hazırdır.

Ordum.az xəbər verir ki, bubarədə istehsalçı "KaleKalıp" şirkətinin strateji əlaqələr şöbəsinin rəhbəri Hakan Akkoç məlumat yayıb.

Onun sözlərinə görə, silah üzərində iş və sınaqlar iki il müddətində davam edib. Kütləvi istehsaladək pulemyot 34 sınaqdan keçib.

Pulemyotun çəkisi 7,8 kiloqramdır və 5,56 mm çaplı patronlar istifadə etməklə atəş tezliyi dəqiqədə 750-950 patron təşkil edir. Silahın bütün komplekt hissələri Türkiyədə istehsal olunur




Facebook'da Paylaş