Çin yeni qırıcı-bombardmançı təyyarəsini təqdim edib

4-10-2021, 13:05

Çin yeni qırıcı-bombardmançı təyyarəsini təqdim edib

Çin Silahlı Qüvvələri Çjuaidə keçirilən aviaşou zamanı yeni JH-7A2 qırıcı-bombardmançı təyyarəsini təqdim edib.

Ordum.az xəbər verir ki, bu barədə “Global Times” nəşri yazıb.

JH-7A2 versiyası JH-7A üzərində qurulub və demək olar ki, əsas variantla eynidir. Bununla birlikdə, yeni modifikasiyada təyyarənin “hava-yer” raketləri, lazerlə idarə olunan bombalar və bombaları idarə olunan sursatlara çevirən qurğular quraşdırılıb.

Məlumata görə, JH-7A2-nin əsas vəzifələri dəniz və quru hədəfləri ilə mübarizə aparmaqdır.

2019-cu ilin avqust ayında “Xinhua” xəbər agentliyi JH-7A2-nin 2019-cu Beynəlxalq Ordu Oyunları çərçivəsində Rusiya Aviadarts yarışmasında iştirak edəcəyini açıqlamışdı. O vaxtdan bəri yeni versiya ictimaiyyətə göstərilməyib.




Facebook'da Paylaş