Bənzər yazılar
Zəncanda işçilərin etiraz aksiyası
"Darugər" Holdinq qrupundan olan Zəncan bitki yağı zavodunun işçilərinin fabrikə girişinə qadağa qoyulduğu üçün işçilər etiraz aksiyası keçiriblər. Avqustun 23-ü səhər saatlarında zavod rəhbərliyi maliyyə imkanları olmadığı bəhanəsilə ümumilikdə 85 zavod işçisindən 60 nəfərinin iş yerlərinə girişinə qadağa qoyub. Zavoda girişlərinə qadağa qoyulan işçilər son dörd ayda əmək haqqı ala bilmədiklərini, bununla yanaşı işdən çıxarılmalarına baxmayaraq heç bir təzminat ödənilmədiyini deyirlər.
İşçilərin nümayəndələri bir çoxlarının iş stajının 15 il olmasına baxmayaraq, hələdə bir aylıq müqavilələrlə çalışdırıldıqlarını, bundan öncə 2014-2018-ci illərə aid olan əmək haqlarının belə ödənilmədiyini bildirirlər.