Rusiya və Türkiyə prezidentləri birgə bəyanat imzaladılar

5-08-2022, 23:35

Rusiya və Türkiyə prezidentləri birgə bəyanat imzaladılar


Rusiya və Türkiyə prezidentləri birgə bəyanat imzaladılar
Soçidə Rusiya və Türkiyə prezidentləri Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan arasında görüşün yekunlarına dair birgə bəyanat imzalanıb.
Bəyanatda liderlər regional və qlobal təhdidlərə baxmayaraq, Rusiya-Türkiyə münasibətlərini inkişaf etdirmək niyyətində olduqlarını bildiriblər.
Tərəflər qarşılıqlı ticarətin həcmini artırmaq, nəqliyyat, kənd təsərrüfatı, sənaye, turizm və tikinti sektorlarında qarşılıqlı fəaliyyəti genişləndirmək üçün addımlar atmağı qərara alıblar.
Rusiya və Türkiyə prezidentlərinin bəyanatında qeyd olunub ki, tərəflər Suriya və Liviyanın ərazi bütövlüyü və siyasi birliyinin qorunub saxlanmasına tərəfdardırlar, terror təşkilatlarına qarşı birgə mübarizəni əlaqələndirməkdə əzmlidirlər.
Dövlət başçıları yüksək səviyyəli əməkdaşlıq Şurasının növbəti iclasını Türkiyədə keçirmək barədə razılığa gəliblər.




Facebook'da Paylaş