Emmanuel Makron: "Azərbaycanla Ermənistan arasında müsbət dinamikanı dəstəkləyirəm"

31-05-2022, 17:30

Emmanuel Makron: "Azərbaycanla Ermənistan arasında müsbət dinamikanı dəstəkləyirəm"

"Fransanın Azərbaycan ilə Ermənistan arasında sülh sazişi üzrə danışıqlara və münasibətlərin normallaşmasına dair sarsılmaz sadiqliyini bir daha təsdiqləyirəm".

Ordum.az xəbər verir ki, bu fikir Fransa Prezidenti Emmanuel Makronun Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda yer alıb.

"Əmin ola bilərsiniz ki, Azərbaycan ilə Ermənistan arasında istər xarici işlər nazirləri səviyyəsində birbaşa təmasların qurulması, istərsə də sərhəd məsələsi üzrə ikitərəfli komissiyanın yaradılması istiqamətində son aylarda yaranmış və nəticələrini gördüyümüz müsbət dinamikanı dəstəkləyirəm. Etimad mühitinin yaradılması regionda sülhün qurulması üçün vacibdir", - məktubda qeyd olunub.




Facebook'da Paylaş