KİV: "Poroşenko üçüncü cəhddən ölkədən çıxa bilib

30-05-2022, 13:09

KİV: "Poroşenko üçüncü cəhddən ölkədən çıxa bilib

Ukraynanın keçmiş prezidenti, Avropa Həmrəyliyi Partiyasının lideri Petro Poroşenko üçüncü cəhddən sonra ölkəsindən çıxaraq Polşaya keçə bilib.

Ordum.az xəbər verir ki, bu barədə “Ukrainska Pravda” qəzeti yazıb.

Qeyd edək ki, mayın 27-də P.Poroşenko Litvanın paytaxtı Vilnüsdə NATO Parlament Assambleyasının iclasında iştirak etmək üçün ölkəni tərk etməyə cəhd etsə də, sərhədçilər onu buraxmayıblar. Ertəsi gün eks-prezident yenidən cəhd etsə də, ona ikinci dəfə də ölkədən çıxmağa icazə verməyiblər. Sərhəddən buraxılmamasına səbəb olaraq icazə sənədinin təsdiqlənə bilməməsi göstərilib. Daha sonra o, bu gün səhər Ukrayna Prezidenti Volodimir Zelenskiyə müraciət edərək üçüncü cəhdi edəcəyi ilə bağlı xəbərdarlıq edib.




Facebook'da Paylaş