Macarıstan Prezidenti Rusiyanın Ukraynaya qarşı müharibəsini pisləyib

15-05-2022, 10:12

Macarıstan Prezidenti Rusiyanın Ukraynaya qarşı müharibəsini pisləyib

Macarıstan Prezidenti Katalin Novak Rusiyanın Ukraynaya qarşı müharibəsini pisləyib.

Ordum.az bu barədə "The Guardian"a istinadən xəbər verir.

Onun sözlərinə görə, Macarıstan suveren dövlətə silahlı basqını pisləyir.

"Biz Sovet İttifaqını bərpa etmək üçün bütün səylərə yox deyirik", - macar lider qeyd edib.

Novak Ukraynadakı hərbi cinayətləri araşdırmağa çağırıb.

Bundan əvvəl Macarıstan Rusiyadan neft idxalına embarqo qoyulmasının əleyhinə çıxış edib.




Facebook'da Paylaş