Rusiya XİN: "Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına dəstək verməyə hazırıq"

6-05-2022, 13:39

Rusiya XİN: "Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına dəstək verməyə hazırıq"

"Rusiya Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasına dəstək verməyə hazırdır".

Ordum.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və mətbuat departamentinin müdir müavini Aleksey Zaytsev həftəlik brifinqdə bildirib.

“Rusiya Ermənistanla Azərbaycan arasındakı münasibətlərin ilk öncə 2020-ci ilin 9 noyabr, 2021-ci ilin 11 yanvar və 26 noyabr tarixli üçtərəfli bəyanatların bütün müddəalarını yerinə yetirməklə, habelə sülh sazişi imzalamaqla noprmallaşmasına fəal şəkildə dəstək verməyə hazırdır”,- o vurğulayıb.




Facebook'da Paylaş