BMTM-də "Müharibədən sonrakı reallıqlar və media" adlı təlimlər keçirilir

24-01-2022, 10:50

BMTM-də "Müharibədən sonrakı reallıqlar və media" adlı təlimlər keçirilir


Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində (BMTM) mətbuat nümayəndələri üçün “Müharibədən sonrakı reallıqlar və media” adlı təlimlər keçirilir.

Ordum.az xəbər verir ki, BMTM, Medianın İnkişafı Agentliyi, Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyinin təşkilatçılığı ilə keçirilən təlimlər 3 gün davam edəcək.

Mərkəz sədri Fərid Şəfiyevin sözlərinə görə, təlimlərə Xarici İşlər və Müdafiə nazirliklərinin əməkdaşları cəlb olunub:

“Əsas diqqətimiz postmünaqişə dövründə cərəyan edən prosesləri təhlil etmək, regionda baş verənləri müzakirə etməkdir. Təlimlərin müntəzəm keçirilməsini planlaşdırıriq. Bu sahədə çalışan jurnalistlərin bizlə müntəzəm əlaqə olmasını istəyirik”.




Facebook'da Paylaş