“XOCALIYA SƏSSİZ, ERMƏNİ İDDİALARINA HƏSSAS: İRANIN ZİDDİYYƏTLİ SİYASƏTİ”

23-03-2026, 14:48

“XOCALIYA SƏSSİZ, ERMƏNİ İDDİALARINA HƏSSAS: İRANIN ZİDDİYYƏTLİ SİYASƏTİ”

GİRİŞ
İranın yanında niyə müsəlman ölkələri yoxdur? Və niyə xristian Ermənistan əvəzinə Azərbaycan və Türkiyəyə qarşı daha sərt və aqressiv siyasət yürüdür? Halbuki Ermənistanda minlərlə ABŞ və Avropa hərbi nümayəndəsi mövcuddur və bu varlıq xüsusilə 2021-ci ildən etibarən daha da artmışdır.
İRANIN ERMƏNİ HƏSSASLIĞI
- Şiə məzhəbinə mənsub olan İranda təxminən 8 ədəd qondarma “erməni soyqırımı” abidəsi mövcuddur.
- İran qondarma erməni soyqırımı iddialarını rəsmi şəkildə tanımışdır.
- Və ən acı məqam: Xocalı Soyqırımını tanımayan İran, Qarabağda 70-dən çox şiə məscidinin dağıdılmasına baxmayaraq, Ermənistana qarşı ciddi bir reaksiya belə göstərməmişdir.
Bu mənzərə İran hakimiyyətinin ritorikası ilə real siyasəti arasında açıq ziddiyyəti aydın şəkildə ortaya qoyur.
MÜHARİBƏNİN NƏTİCƏSİNƏ GÖRƏ EHTİMAL OLUNAN SONRAKI SSENARİLƏR
Bu gün müsəlman ölkəsi olaraq İran xalqı çətin vəziyyətdədirsə, insani və vicdani baxımdan onların yanında olmaq vacibdir.
Lakin bu kontekstdə ciddi suallar doğuran ehtimallar da mövcuddur:
- Müharibə nəticəsində İran rejimi güclənərsə, region ölkələrinə qarşı mövqeyi necə olacaq?
- İraq, Suriya və Livanda olduğu kimi, yenidən proksi (vasitəçi) silahlı qruplar üzərindən təsir və təhdid siyasəti yürüdəcəkmi?
-Yaxın Şərq, Şimali Afrika və Qafqazda sabitliyi yenidən pozacaqmı?
- Qardaş Pakistanla bağlı Əfqanıstan üzərindən yeni ərazi iddiaları gündəmə gələ bilərmi?
- Zəngəzur dəhlizi ilə bağlı təzyiqlər və maneələr artacaqmı?
- Hörmüz boğazı üzərindən “keçidə icazə verməmə” kimi təhdidlər yenidən aktuallaşacaqmı?
- PKK/PYD-SDG kimi t*error təşkilatlarına kamikadze PUA dəstəyi verilə bilərmi?
Məlum reallıq ondan ibarətdir ki, İranın son dövrlərdə apardığı ziddiyyətli siyasət təkcə regional deyil, qlobal təhlükəsizlik baxımından da ciddi risklər yaradır.
Digər mühüm məsələ isə ABŞ və İsrailin İran üzərində üstünlük əldə etməsi halında ortaya çıxacaq ssenarilərdir. Eyni risklər bu aktorlar üçün də keçərlidir. Belə bir geosiyasi rəqabət mühitində Türkiyə və Azərbaycanın tam koordinasiyalı, güclü və qətiyyətli ittifaq çərçivəsində hərəkət etməsi həyati əhəmiyyət daşıyır.
Xüsusilə Zəngəzur dəhlizi və Güney Azərbaycan məsələsində daha aydın, daha sərt və daha strateji mövqe ortaya qoyulmalıdır. Eyni zamanda Güney Azərbaycanda vətəndaş cəmiyyəti fəaliyyətləri daha effektiv və sistemli şəkildə gücləndirilməlidir.
Hər nə qədər bəzi Yaxın Şərq ölkələri Türkiyə və Azərbaycanla birlikdə müəyyən məsələlərdə ABŞ və İsraillə ortaq məxrəcə gələ biləcək kimi görünsə də, İrandakı molla və SEPAH rejimi ilə belə bir uzlaşmanın asan olmayacağı aydındır.
NƏTİCƏ
Ümumi qiymətləndirmə göstərir ki, regionun siyasi və iqtisadi gələcəyi baxımından ciddi risklər qalmaqdadır və bu risklərin yaxın perspektivdə daha da dərinləşməsi ehtimalı yüksəkdir.

E.o. Polkovnik Akif QASIMOV
Qafqaz Tarix Mərkəzi




Facebook'da Paylaş