Bir gün rayonda bazar deyilən yerin qarşıda dəyanıb bir yoldaşı gözləyirdim. Hr kəs öz işində idi. İki nəfər qadın gördüm asfaltın kənarlarını süpürürdülər. Qadının birinin ayağına geyindiyi şəpit cırıq olduğu diqqətimi çəkdi. Yolun qarşı tərəfində isə ayaq geyimləri, telefon aksesuarları satış yer və birdə ki, dönər satışının olduğu yerlər var idi. Həmin yer süpürən qadınlar yolun qarşı tərəfinə keçərək o hissəni təmizləməyə başladılar. Bu zaman bir hərbiçi dönər sifariş edib gözləyirdi. Baxışlarından anlamaq olurdu ki, bu qadın onunda diqqətini çəkmişdi. Daha sonra hərbiçinin ayaqqabı şeytan şəxsə yaxınlaşıb nəsə dediyini və satıcının başı ilə ona razılıq bildirməsini gördüm. Hərbiçi ordan uzağlaşdı gördüm ki qadınlar şəpitlərə baxırlar. Mən bir az onlar tərəfə yaxınlaşdım. Satıcı onlara malın pulsuz olduğunu və hansını istədiklərini götürə biləcəklərini söyləyirdi. Hərbiçi də bir az kənara çəkilib Bunlari musahidə edirdi. Qadınlar təmənnasız iki şəpiy alıb, ordan uzağlaşdılar. Qadınlar bir xeyli uzaqlaşdıqdan sonra, həmin igid qardaşmız gəlib onların pulunu ödədi. Həm vətənini, həm də millətinin qayğısını çəkən qardaşlarımız ilə qürur duyuram.