PKK-çı qadın açıqladı

21-01-2019, 09:04






PKK-ya qatıldıqdan 1 il sonra Türkiyə təhlükəsizlik qüvvələrinə tabe olan qadın terror təşkilatına üzv olan şəxslərin dindən uzaqlaşdırıldığını açıqlayıb.
Ordum.az xəbər verir ki, adı gizli saxlanılan qadın polisə ifadəsində bu sözləri deyib:
“İlk olaraq bizi dinimizdən uzaqlaşdırdılar. Müqəddəs kitabımızı, Məhəmməd Peyğəmbəri söydülər. PKK-ya qoşulanlar dinlərindən vaz keçməyə məcbur edilirlər. Onlar hətta Allahı belə çox ağır şəkildə təhqir edirlər”.
R.K adlı qadın təşkilat liderlərinin terrorçularla sərt davrandığını, şübhələndikləri üzvləri öldürdüklərini vurğulayıb.  




Facebook'da Paylaş