Vətən müharibəsi könüllüləri ilə bağlı təkliflər paketinin hazırlanması təklif olunub

4-03-2022, 12:49

Vətən müharibəsi könüllüləri ilə bağlı təkliflər paketinin hazırlanması təklif olunub

Azərbaycanda Vətən müharibəsində iştirak edən könüllülərlə bağlı təkliflər paketinin hazırlanması təklif edilib.
Ordum.az-ın xəbərinə görə, bu təkliflə deputat Əli Məsimli parlamentin bu gün keçirilən iclasında Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) illik məruzəsinin müzakirəsi zamanı çıxış edib.

O bildirib ki, müharibə veteranları ilə bağlı məsələ artıq öz həllini tapıb: “Ancaq könüllülərlə bağlı bəzi məsələlər açıq qalıb. Hesab edirəm ki, Vətən müharibəsində iştirak edən könüllülərlə bağlı təkliflər paketi hazırlanmalıdır”.




Facebook'da Paylaş