Türkiyə Prezidenti: "Azərbaycanla bağlı hadisələr müsbət istiqamətdə davam edir

11-02-2022, 17:13

Türkiyə Prezidenti: "Azərbaycanla bağlı hadisələr müsbət istiqamətdə davam edir

“Azərbaycanla bağlı hadisələr müsbət istiqamətdə davam edir. Bu bizi sevindirir”.

Ordum.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.

“Rusiya-Ukrayna arasındakı gərginlik diqqətimizdədir. Əlbəttə, dünyadan qopuq siyasi liderlik olmaz. Dünyanı - həm Avropanı, həm də Amerikanı yaxından izləyirik. Həmçinin Liviyada baş verənlər də diqqətimizdədir”, - dövlət başçısı bildirib.

Qeyd edək ki, fevralın 5-də R.T.Ərdoğan və xanımı Əminə Ərdoğan koronavirusa yoluxmuşdu. Türkiyə Prezidentinin ötən gün verdiyi test mənfi çıxıb. O, bu gündən özünütəcriddən çıxıb




Facebook'da Paylaş