İsrail Ukraynaya silah satmadığını bildirib

19-10-2022, 10:10

İsrail Ukraynaya silah satmadığını bildirib

İsrail yalnız tibbi və humanitar yardımla məhdudlaşaraq Ukraynanı silahla təmin etməyib.

Ordum.az xəbər verir ki, bu barədə yəhudi dövlətinin müdafiə naziri Beni Qans bildirib.

"Mən aydınlaşdırmaq istəyirəm ki, biz Ukraynaya silah satmamışıq. Biz onlara tibbi və humanitar yardım göstərmişik. Aydın olmalıdır: biz Ukraynaya silah satmamışıq", - o, "Kol Çhai" radiostansiyasının efirində deyib.

Müdafiə Nazirliyinin rəhbəri bir neçə dəfə Ukraynanın İsraildən heç bir silah almadığını vurğulayaraq, İsrailin diasporla iş üzrə naziri Naxman Şayın daha əvvəl bu cür tədarüklərə başlanmasının tərəfdarı olduğunu bildirən sözlərini şərh edib.

"Naxman Şay bizim (Ukraynaya silah - red) satdığımızı və ya satacağımızı iddia edirsə, yanılır. Mən müdafiə naziriyəm və İsraildən silah ixracına cavabdehəm", - Qans vurğulayıb.




Facebook'da Paylaş