Oğuzda Vətən müharibəsi şəhidinin adına lövhə qoyulub

12-10-2022, 14:20

Oğuzda Vətən müharibəsi şəhidinin adına lövhə qoyulub

Oğuz rayonunda Vətən müharibəsi şəhidi Elşən Nurəliyevin xatirəsinə qoyulan lövhənin açılışı olub.

Ordum.az-ın məlumatına görə, mərasimdə şəhidin yaxınları, qazilər və rayon ictimaiyyəti iştirak ediblər.

Vətən uğrunda canlarından keçən şəhidləriin ruhuna dualar oxunub, şəhidin Sincan kənd qəbiristanlığında olan məzarı üzərinə gül dəstələri qoyulub.

Qeyd edək ki, Elşən Rövşən oğlu Nurəliyev 1997-ci ildə Oğuz rayonunun Sincan kəndində anadan olub. 2019-cu ilin aprelində Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmətə çağrılıb. Hərbi xidmətinin baş çatmasına 5 gün qalmış Vətən müharibəsinə qoşulub.

E.Nurəliyev 12 oktyabr 2020-ci ildə Füzuli uğrunda gedən döyüşlərdə düşmən snayperindən açılan atəşlə şəhidlik zirvəsinə ucalıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Elşən Nurəliyev ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib




Facebook'da Paylaş