I Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə inşa edilən bulağın açılışı olub

29-08-2022, 16:30

I Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə inşa edilən bulağın açılışı olub

Oğuzda Qarabağ müharibəsi şəhidlərinin adına inşa edilən xatirə bulağının açılışı olub.

Ordum.az xəbər verir ki, rayonunun Yaqublu kəndində Milli Qəhrəman Koroğlu Rəhimov, Tofiq Oğuz, Cumar Allahverdiyev, Nüsrət Süleymanov və Tale Babayevin xatirəsini əbədiləşdirmək üçün inşa edilib.

Rayon rəsmiləri, kənd ziyalıları, şəhid ailələri, qazilərin iştirak etdiyi açılış mərasimində əvvəlcə dövlət himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə məktəblilər vətənə, igidlərimizə həsr olunmuş bədii qiraətlər söyləyiblər.




Facebook'da Paylaş