Qafan Rayon icma nümayəndələrinin görüşü olub

26-02-2023, 09:31

Qafan Rayon icma nümayəndələrinin görüşü olub

Qafan Rayon icma nümayəndələrinin görüşü olub

Hər bir Qərbi Azərbaycanlının gözlərində vətən həsrəti hiss edilirdi. Amma buna rəğmən onlarda sabaha inam hissi, bu hissi yaşatmağı bacarmaq duyğusu qabarıq şəkildə özünü biruzə verirdi. Tədbirdə əvvəlcə soyqırımı qurbanlarının, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların, Dövlətimizin, dövlətçiliyimizin möhkəmlənməsində əvəzsiz xidmət göstərib dünyadan köçənlərin və qardaş Türkiyədə zəlzələdən ölənlərin xatirəsi sükutla anıldı. Tədbiri giriş sözü ilə açan fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Rauf Tağıyev sözü və aparıcılığı Qərbi Azərbaycan Qafan Rayon İcmasının sədri, professor Eldar Abasova verdi. Eldar Abasov ilk olaraq Qərbi Azərbaycan İcmasının qarşıda duran vəzifələrindən danışdı, eləcə də icmanın fəaliyyət proqramını elan elan etdi.

Sonra Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli, millət vəkili Ramil Həsən və başqaları çıxış etdilər, təkliflərini səsləndirdilər.
Görüş barədə daha ətraflı “Bütöv Azərbaycan” qəzetinin növbəti sayında, Qərbi Azərbaycan üzrə xüsusi müxbirimiz Tehran Yusiflinin geniş reportajından məlumat ala bilərsiniz.




Facebook'da Paylaş