QHT layihəsini uğurla davam etdirir
QHT layihəsini uğurla davam etdirirMarketinq Fəaliyyətinin İnkişafına Dəstək İctimai Birliyi Qusar rayonunda “Quba-Xaçmaz iqtisadi rayonunda biznes mühitinin qiymətləndirilməsi” layihəsini icara etmişdir.
Marketinq Fəaliyyətinin İnkişafına Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi “Quba-Xaçmaz iqtisadi rayonunda biznes mühitinin qiymətləndirilməsi” layihəsini 06 oktyabr 2022-ci il tarixində icra planına uyğun olaraq, Qusar rayonunda icra etmişdir.
Layihədə Qusar rayon Gənclər Evinin məsul işçisi Sevil Dəmirova və Qusar Qadın Resurs Mərkəzinin nümayəndələri iştirak edirdilər.Sevil Dəmirova tədbirə qatıllan sahibkar qadınları salamlayaraq onlara fəaliyətlərində yeni iqtisadi biliklər öyrənməyin zəruri olduğunu söylədi.
Marketinq Fəaiyyətinin İnkişafına Dəstək İctimai Birliyinin sədri-Layihə rəhbəri Sənan Yəhya iştirakçılara layihənin donoru və məqsədi barədə məlumat verdi. Qeyd etdi ki, layihənin məqsədi Quba-Xaçmaz İqtisadi rayonunda 100 nəfər sahibkarla (Şiyəzən-20 nəfər, Şabran-20 nəfər, Xaçmaz-20 nəfər, Quba-20 nəfər, Qusar-20 nəfər) görüşərək, investisiya və ixracla bağlı dövlət qurumlarının həyata keçirdiyi dəstək fəaliyyətlərinin müzakirəsi və sahibkarların dövlətdən gözləntilərinin öyrənilməsindən ibarətdir. Vəzifələri isə region sahibkarları ilə sorğu keçirərək qiymətləndirmələrin aparılmasıdır.
Natiq dövlət tərəfindən sahibkarlara yaradılan fürsətlər və dəstəklər haqqına geniş məlumat verdi. Eyni zamanda sahibkar qadınların satış, brendləşmə, reklam, xarici satış platformalarına çıxış, sərgilərdə iştirak etmə qaydaları hqqında sualarını cavablandırdı. Görüş iştirakçıları ilə gələcək əməkdaşlıq haqqında müzakirələr aparıldı.
Sahibkar qadınlar belə layihələrin davamlı inkşaf üçün zəruri olduğunu qeyd etdilər.
Facebook'da Paylaş