Pakistan səfiri: "Əfqanıstandan beynəlxalq qüvvələrin çıxarılması humanitar fəlakətə səbəb olub"

16-12-2021, 17:12

Pakistan səfiri: "Əfqanıstandan beynəlxalq qüvvələrin çıxarılması humanitar fəlakətə səbəb olub"

"Əfqanıstandan beynəlxalq hərbi qüvvələrin çıxarılması bu ölkədə böyük bir iqtisadi və humanitar fəlakətə gətirib çıxarıb".
Orsum.az xəbər verir ki, bunu Pakistanın Azərbaycandakı səfiri Bilal Haee bildirib.

Səfir beynəlxalq birliyi Əfqanıstandakı vəziyyət daha da pisləşmədən təcili olaraq yardım göstərməyə çağırıb: “Əfqanıstan xalqının yoxsulluqdan, aclıqdan ölməsinə yol verməmək beynəlxalq məsuliyyətdir”.

Pakistanın indiyədək qonşu ölkəyə 30 milyon dollar məbləğində ərzaq və dərman yardımı göstərdiyini diqqətə çatdıran diplomat həmçinin FAO xəttilə də ölkəsi vasitəsilə yardımlar göndərildiyini deyib.

Onun sözlərinə görə, Əfqanıstandakı mövcud vəziyyət dekabrın 19-da İslamabadda Ceyhun Bayramovun da iştirak edəcəyi İƏT xarici işlər nazirləri görüşünün əsas gündəliyini təşkil edəcək




Facebook'da Paylaş