Azərbaycan işğal illərindəki hərbi cinayətlərin araşdırılmasını gözləyir

2-02-2022, 11:00

Azərbaycan işğal illərindəki hərbi cinayətlərin araşdırılmasını gözləyir

Bu il Xocalı soyqırımının 30-cu ildönümünü qeyd edən Azərbaycan xalqı ədalətin bərpası və gələcək barışıq üçün zəruri şərt olan işğal illərindəki hərbi cinayətlərin hərtərəfli araşdırılmasını gözləyir.

Ordum.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Caspian Policy Center”in təşkil etdiyi "ABŞ-Xəzər Diplomatik Münasibətlərinin 30 ili" adlı vebinarda deyib.

“İşğal illərində ərazilərin dağıdılma dərəcəsini görməsi, sözün əsl mənasında bir dənə də olsun, binanın, evin bütöv qalmaması, daşın daş üstə qalmadığını görməsi xalqımız üçün tamamilə qəbuledilməzdir. Ancaq biz tarixin bu səhifəsini çeviririk”, - Hikmət Hacıyev deyib.

Prezidentin köməkçisinin sözlərinə görə, əgər əvvəllər Azərbaycan minalarla ən çox çirklənmiş ölkələrin ilk onluğuna daxil idisə, indi təəssüf ki, ilk beşliyə daxildir. Nə qədər ki, Ermənistan bu minaların təmizlənməsində əməkdaşlıq etmək istəmir, beynəlxalq ictimaiyyətin, o cümlədən ABŞ-ın köməyi Azərbaycan üçün çox dəyərlidir.

H.Hacıyev itkin düşmüş şəxslərin axtarışı təcrübəsi, xüsusilə Balkanlarda yaradılmış komissiya haqqında da məsələ qaldırıb. “Bizim hələ də 4 000-dən çox insanımız itkin düşmüş sayılır. Ona görə də belə bir təcrübə Azərbaycan üçün faydalı olardı”




Facebook'da Paylaş