Ərəb koalisiyası Yəməndə 200-dən çox üsyançını zərərsizləşdirib

13-01-2022, 13:20

Ərəb koalisiyası Yəməndə 200-dən çox üsyançını zərərsizləşdirib

Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyasının Yəməndə keçirdiyi hərbi əməliyyatlar zamanı son sutka ərzində husilərin iki yüzdən çox tərəfdarı öldürülüb.

Ordum.az "Əl-Cəzirə"yə istinadən xəbər verir ki, bu barədə koalisiyanın nümayəndəsi məlumat verib.

Son gün ərzində koalisiya Marib əyalətində husilərə qarşı 17, Yəmənin mərkəzində yerləşən Əl-Beydə əyalətində isə 16 xüsusi əməliyyat keçirib.

Yanvarın 11-də ərəb koalisiyası üsyançıların nəzarətində olan ərazilərin bir hissəsinin azad edilməsinə yönəlmiş bütün cəbhələrdə genişmiqyaslı hərbi əməliyyata başladığını elan edib.

2014-cü ilin avqustundan Yəməndə hökumət qüvvələri ilə husilərin silahlı birləşmələri arasında qarşıdurma davam edir. 2015-ci ilin martında Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın ölkəyə hücumu ilə ən aktiv fazasına daxil olub. Münaqişə dünyanın ən böyük humanitar böhranına səbəb olub. BMT-nin məlumatına görə, 24 milyondan çox yəmənli - ölkə əhalisinin təxminən 80%-i humanitar yardıma ehtiyac duyur, məcburi köçkünlərin sayı isə 3 milyonu ötüb




Facebook'da Paylaş