Şamaxı 2023-cü il üçün türk dövlətlərinin turizm paytaxtı seçilib

24-05-2022, 13:44

Şamaxı 2023-cü il üçün türk dövlətlərinin turizm paytaxtı seçilib

Şamaxı 2023-cü il üçün türk dövlətlərinin turizm paytaxtı seçilib.

Ordum.az xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının baş katibinin müavini Mirvahid Azimov deyib.

M.Azimov əlavə edib ki, bununla bağlı bir sıra tədbirlər keçiriləcək:

"İşçi qrupunun və nazirlərin iclasında turoperatorlar və tur şirkətlərinin birgə fəaliyyət göstərməklə bağlı razılığa gəlindi. Turizmin inkişafı üzrə müştərək yol xəritəsi qəbul olunub. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bu təşəbbüslə ötən il çıxış etmişdi. Hesab edirəm ki, bu yol xəritəsi turizm sahəsində əməkdaşlıq genişlənəcək. Həmçinin biz qərara gəldik ki, qış və qolf turizmi sahəsində sıx əməkdaşlığa imza ataq. Bu bizim təşkilat çərçivəsində yeni istiqamətdir. Bu sahədə əməkdaşlığımızı davam etdirmək və bu məqsədlə ekspertlərin işçi qrupunu təsis etmək qərarına gəldik. Həmçinin Azərbaycan tərəfinin tələbinə əsasən türk ölkələrinin ən yaxşı kəndini seçəcəyik".

M. Azimov hesab edir ki, bu kənd yerləri arasında rəqabətin aparılmasına və yaxşı kənd yerlərinin seçilməsinə səbəb olacaq.




Facebook'da Paylaş