Zelenski Avstraliyanı Ukraynada görüləcək bərpa işlərinə qoşulmağa çağırıb

31-03-2022, 13:19

Zelenski Avstraliyanı Ukraynada görüləcək bərpa işlərinə qoşulmağa çağırıb

Ukrayna Prezidenti Volodimir Zelenski Avstraliyanı ölkəsinin regionlarında görüləcək bərpa işlərinə qoşulmağa çağırıb.

Ordum.az Ukrayna KİV-ə istinadən xəbər verir ki, bunu dövlət başçısı Avstraliya parlamentinə videomüraciətində bildirib.

“Dünyanın böyük dövlətlərini, iri şirkətlərini, tanınmış mütəxəssislərini Ukraynanın bərpası layihəsinə qoşulmağa çağırırıq. Qoy ölkəmizin bərpa olunmağa ehtiyacı olan regionlarını, şəhərlərini, ayrı-ayrı sahələrini himayəsinə götürsünlər. Bunun üçün Avstraliya hökuməti bizə həmrəy ölkə statusunu verib. Ölkənizi bizim cənub bölgələrimizə, Qara və Azov dənizi sahillərinə diqqət yetirməyə dəvət edirəm. Limanlarımızın bərpası, Xerson kimi şəhərlərin inkişafı, Ukrayna dənizçiliyinin dirçəlişi bu dəhşətli müharibədən sonra sabitliyin bərqərar olmasına əhəmiyyətli töhfəniz ola bilər”, o deyib.

Ukrayna Prezidenti bu ölkədən silah istədiklərini vurğulayıb: “Sizin mükəmməl “Bushmaster” zirehli maşınlarınız, başqa silah və hərbi texnikanız Ukrayna üçün faydalı ola bilər”.

V.Zelenski Avstraliyada yaşayan ukraynalıların bu işlərdə yaxından iştirak edəcəklərinə inandığını söyləyib.




Facebook'da Paylaş