“Sivil Toplum” Monitorinq Koalisiyası müşahidəçilər üçün təlimləri davam etdirir

25-01-2024, 18:34

“Sivil Toplum” Monitorinq Koalisiyası müşahidəçilər üçün təlimləri davam etdirir
“Sivil Toplum” Monitorinq Koalisiyasının müşahidəçiləri təlimatlandırılması məqsədi ilə keçirdiyi silsilə təlimlər 23 yanvar 2024-cü il tarixdə saat 11.00-da və 15.00-da Gəncə şəhərində davam edib. Gəncə şəhərində fəaliyyət göstərəcək müşahidəçilər üçün keçirilən təlimlərdə Koalisiyanın həmsədri Əhməd Abbasbəyli və Qorxmaz İbrahimli iştirakçılar qarşısında çıxış ediblər. Əvvəlcə Qorxmaz İbrahimli “Sivil Toplum” Monitorinq Koalisiyası haqqında məlumat verərək, təsisçi təşkilatları, onların rəhbərlərini iştirakçılara təqdim edib, Koalisiyanın məqsəd və məramlarını açıqlayıb, 07 fevral 2024-cü il tarixdə keçiriləcək Azərbaycan Respublikasının Prezidentinin növbədənkənar seçkilərində qarşıda duran vəzifələr barədə məlumat verib. Koalisiya barədə ətraflı Sonra Əhməd Abbasbəyli seçki mühiti, seçki prosesinin müşahidəsindən danışaraq, 07 fevral 2024-cü il tarixdə keçiriləcək Azərbaycan Respublikasının Prezidentinin növbədənkənar seçkilərində Koalisiyanın müşahidəçilərinin görəcəyi işlər barədə məlumat verib. Müşahidəçilərin fəaliyyətinin seçki prosesində əhəmiyyətini vurğulayaraq, bu təlimlərin faydalı olacağına inandığını bildirib. Çıxışların ardınca təlim prosesinə başlanaraq Mərkəzi Seçki Komissiyasının hazırladığı “Müşahidəçilər üçün yaddaş” və seçki qanunvericiliyi barədə ətraflı məlumat verildi.

Təlim zamanı iştirakçıların çoxsaylı sulları cavablandırılaraq, bir sıra məsələlər ətrafında müzakirələr aparılıb. Sonda isə təlimçilər üçün müvafiq sənədlər təqdim edilib.








Facebook'da Paylaş