ABŞ Tayvana görə qitələrarası ballistik raket sınaqlarını ləğv edib

5-08-2022, 09:30

ABŞ Tayvana görə qitələrarası ballistik raket sınaqlarını ləğv edib

ABŞ Tayvanla bağlı gərginliyə görə bu həftəyə planlaşdırılan “Minuteman III” qitələrarası ballistik raket sınağını ləğv edib.
Ordum.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Nəşr qeyd edib ki, ABŞ rəsmiləri raketin buraxılışındakı gecikmənin nə qədər davam edə biləcəyini hələlik açıqlamayıblar.

Qeyd edək ki, nüvə başlığı daşımaq qabiliyyətinə malik "Minuteman III" ABŞ ordusunun strateji arsenalının əsas hissəsidir, 9 660 km-dən çox uçuş məsafəsinə malikdir.




Facebook'da Paylaş