ABŞ PrSM dəqiq zərbə raketlərinin mühərrik sınaqlarını uğurla başa vurub

7-01-2022, 11:30

ABŞ PrSM dəqiq zərbə raketlərinin mühərrik sınaqlarını uğurla başa vurub

ABŞ-ın “Northrop Grumman” şirkəti PrSM (Precision Strike Missile - yüksək dəqiqlikli zərbə raketi) raketlərinin mühərrikinin statik sınağını uğurla başa vurub.

Ordum.az xəbər verir ki, bu barədə şirkətin saytında məlumat yayılıb.

Sınaq şirkətin mühərrik dizaynını təsdiqləmək üçün lazımi tələbləri qarşılayıb.

“Daha bir uğurlu raket mühərriki sınağı başa çatdıqdan sonra, biz ABŞ Ordusunu yeni nəsil, uzun mənzilli atəş qabiliyyəti ilə təmin etməyə bir addım daha yaxınlaşdıq”, - deyə şirkət qeyd edib.

Raket mühərriki 2023-cü ildə ilkin atışdan əvvəl bir sıra əlavə kvalifikasiya sınaqlarından keçəcək.

Mediada Rusiyanın S-400 və digər hava hücumundan müdafiə sistemlərinin “qatili” adlandırılan raketlərin bu il ilk atış sınaqlarının keçirilməsinə qərar verilib. PrSM proqramı 2017-ci ilin mart ayında başladılıb. Proqramın məqsədi hazırda ABŞ ordusunun MGM-140 ATACMS Operativ-Taktiki Raket Kompleksi (OTRK) ailəsini əvəz etmək üçün rəsmi olaraq 60-499 km aralığında mənzilə sahib olan yeni nəsil yüksək dəqiqlikli OTRK-nin yaradılmasıdır




Facebook'da Paylaş