Sinqapur səsdən sürətli zərbə PUA-larını sınaqdan keçirəcək

28-12-2021, 19:18

Sinqapur səsdən sürətli zərbə PUA-larını sınaqdan keçirəcək

Sinqapur pilotlu təyyarələri müşayiət etmək üçün nəzərdə tutulan “Arrow” adlı yeni səsdən sürətli zərbə PUA-larını sınaqdan keçirəcək.

Ordum.az xarici KİV-lərə istinadən xəbər verir ki, sınaqların gələn ay keçirilməsi planlaşdırılır.

Hava və yer hədəflərini məhv edə bilən, kəşfiyyat aparan, pilotlu təyyarələri müşayiət edən və digər tapşırıqları yerinə yetirə bilən PUA “Kelley Aerospace” şirkəti tərəfindən istehsal edilib. PUA üzərində işlər 2012-ci ildə başlayıb.

“Arrow” karbon lifindən hazırlanacaq. Dizayn PUA-ya 2-2,1 max sürətinə çatmağa imkan verəcək. PUA-nın uçuş çəkisi 16 800 kq-a qədər, uzunluğu 14 m, qanadlarının açıqlığı 9 m, xarici yanacaq çənlərini daşımaq mümkün olduqda yanacaq doldurmadan uçuş məsafəsi 4000 km-dən çox olacaq.




Facebook'da Paylaş