KİV: "Ermənistanla Türkiyə arasında "futbol diplomatiyası" bərpa oluna bilər"

17-10-2022, 12:22

KİV: "Ermənistanla Türkiyə arasında "futbol diplomatiyası" bərpa oluna bilər"

“Ermənistanla normallaşma prosesi müsbət istiqamətdə davam edir. Ermənistanla Azərbaycan arasında münasibətlərdə də müsbət dinamika müşahidə olunur”.

Ordum.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyənin Ermənistanla əlaqələrin normallaşması üzrə xüsusi nümayəndəsi Sərdar Kılıç deyib.

O bildirib ki, rəsmi Ankara ilə İrəvan arasında əlaqələrin normallaşması təxribatlar olmadan davam etməlidir: “Avro-2024-ün seçmə mərhələsi çərçivəsində iki ölkənin komandaları arasında futbol matçları 2023-cü ilin martın 25-də Ermənistanda, sentyabrda isə Türkiyədə keçiriləcək. Komandamız ora gedəcək”.

Xatırladaq ki, 2009-cu ildə oxşar görüş Türkiyənin Bursa şəhərində baş tutmuşdu. Matçı Türkiyənin o zamakı Prezidenti Abdulla Gül və Ermənistanın dövlət başçısı Serj Sarkisyan da stadiondan izləmişdi.




Facebook'da Paylaş