ABŞ-ın müvəqqəti işlər vəkili XİN-ə çağırılıb, Azərbaycanın ciddi narazılığı ifadə edilib

12-10-2022, 12:00

ABŞ-ın müvəqqəti işlər vəkili XİN-ə çağırılıb, Azərbaycanın ciddi narazılığı ifadə edilib

ABŞ-ın ölkəmizdəki müvəqqəti işlər vəkili Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb, ona Azərbaycanın ciddi narahatlığı və narazılığı ifadə edilib.

Bu barədə Ordum.az-a XİN-dən məlumat verilib.

Belə ki, oktyabrın 10-dan 11-nə keçən gecə Azərbaycan Respublikasının Vaşınqtondakı səfirliyinin xidməti avtomobilinə atəş açılıb. Məsələ ilə əlaqədar ABŞ-ın ölkəmizdəki müvəqqəti işlər vəkili oktyabrın 12-də XİN-ə çağırılıb, baş vermiş hadisə ilə bağlı Azərbaycanın ciddi narahatlığı və narazılığı ifadə edilib və Azərbaycan diplomatik nümayəndəliyinin təhlükəsizliyinin təmin edilməsi tələbi qarşı tərəfin diqqətinə çatdırılıb.




Facebook'da Paylaş