İsveçin XİN başçısı: “Ukraynada mülki vətəndaşların öldürülməsi alçaqlıqdır

10-10-2022, 16:37

İsveçin XİN başçısı: “Ukraynada mülki vətəndaşların öldürülməsi alçaqlıqdır

“Ukraynaya dəstəyimiz davam edəcək”.

Ordum.az xəbər verir ki, bunu İsveçin xarici işlər naziri Ann Linde tviterdə yazıb.

O bildirib ki, İsveç Rusiyaya qarşı sanksiyaları gücləndirmək əzminə malikdir: “Pik saatlarda Ukraynanın hər yerində dinc mülki vətəndaşların öldürülməsi alçaq bir əlacsızlıqdır”.

Qeyd edək ki, oktyabrın 10-da Rusiya Ukraynanın paytaxtı Kiyev şəhərini və digər vilayətləri raket atəşinə tutub. Nəticədə 10 nəfər ölüb, 60 nəfər yaralanıb.




Facebook'da Paylaş