Milli fəal prokurorluğa çağırılıb

24-08-2022, 18:18

Milli fəal prokurorluğa çağırılıb

Milli fəal prokurorluğa çağırılıb

Təbrizdə yaşayan milli-mədəni fəal Siyamək Fərəczadəyə (Qaradağlı) çağırış vərəqəsi göndərilib. Bildirişdə ondan müəyyən edilmiş müddət içində Təbrizin Ümumi və İnqilab Prokurorluğunun 15-ci bölməsinə müraciət etməsi istənilib. Siyamək Fərəczadə (Qaradağlı) iyulun 1-də İran təhlükəsizlik məmurları tərəfindən Kəleybər şəhərində həbs edilərək Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin Təbrizdəki təcridxanasına köçürülmüşdü.
Həbsindən bir neçə gün sonra ailəsi ilə qısa müddətli telefon əlaqəsi saxlayan Qaradağlı iyulun 16-da prokurorluğa aparıldığını və yenidən təcridxanaya qaytarıldığını bildirmişdi.
Şərqi Azərbaycanın Əhər şəhərindən olan milli fəal Təbrizdə yaşayır və elektrik mühəndisliyi fakültəsini bitirib. O, hər il iyunun sonu, iyulun ilk günlərində Bəzz qalasında keçirilən illik Babək qurultayına qatıldığı üçün saxlanılmışdı.




Facebook'da Paylaş