BMT Baş katibi: “Avropada müharibə xəbərlərindən çox narahatam”
BMT-nin Baş katibi Antoniu Quterreş Avropada mümkün hərbi münaqişə ilə bağlı xəbərlərdən dərin narahatlığını ifadə edib.
Ordum.az xəbər verir ki, bu barədə o özü jurnalistlərə bildirib.
"Mən Avropada mümkün hərbi münaqişə ilə bağlı artan gərginlikdən və fərziyyələrdən dərin narahatam", - o deyib. “Münaqişənin miqyası Avropa və qlobal təhlükəsizlikdə insan əzablarında, dağıntılarda və zərərdə qiyməti, hətta bu barədə düşünmək üçün çox böyükdür", - A.Quttereş əlavə edib.
Baş katib bildirib ki, Ukrayna ətrafında bütün məsələlər diplomatiya çərçivəsində həll edilməlidir, alternativə belə, yol vermək olmaz.
"Biz belə fəlakətli toqquşma ehtimalına belə, yol verə bilmərik. Yaxın saatlarda və günlərdə bu istiqamətdə fəaliyyətimi davam etdirəcəm. Bu gün (dünən-red) səhər Rusiya və Ukraynanın xarici işlər nazirləri ilə danışdım. Açıq şəkildə dedim ki, diplomatiyaya alternativ yoxdur. Bütün məsələlər, hətta ən mürəkkəb məsələlər də diplomatik çərçivədə həll edilməlidir”.
Baş katib hər iki ölkəni beynəlxalq hüququn əsas sütunu olan Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə əməl etməyə çağırıb: “Nizamnamədə açıq şəkildə qeyd olunur ki, BMT-yə üzv olan bütün ölkələr beynəlxalq mübahisələrini sülh yolu ilə həll etməlidirlər. Rusiya və Ukraynanın xarici işlər nazirlərinə mesajım açıq və qəti oldu. Diplomatiyaya alternativ yoxdur. Problemin həllində səylərini əsirgəməyən dövlət başçıları da daxil olmaqla diplomatik təmasların və danışıqların intensivliyini alqışlayıram. İctimai bəyanatlar gərginliyi alovlandırmaq yox, azaltmaq məqsədi daşımalıdır. Amma daha çox iş görülməlidir və hamının öz səylərini gücləndirəcəyini gözləyirəm”.
Facebook'da Paylaş