Türkiyə XİN başçısının müavini: "Azərbaycanla əlaqələrimizə tarixi və hüquqi məsuliyyət kimi baxırıq"

3-02-2022, 14:30

Türkiyə XİN başçısının müavini: "Azərbaycanla əlaqələrimizə tarixi və hüquqi məsuliyyət kimi baxırıq"

“Azərbaycanla əlaqələrimizə tarixi və hüquqi bir məsuliyyət kimi baxırıq”.

Ordum.az “Haber Global”a istinadən xəbər verir ki, bunu Türkiyə xarici işlər nazirinin müavini Yavuz Selim Kıran Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komissiyasının iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Cənubi Qafqazda baş verən proseslər Türkiyə və Azərbaycan üçün əhəmiyyətlidir: "Azərbaycanla əlaqələrimizi yüksək səviyyədə saxlamağa önəm veririk".

"Azərbaycanın Türkiyəyə yatırdığı investisiyanın həcmi 20 milyard dolları, bizim Azərbaycandakı investisiyamız isə 12 milyard dolları keçib. Hərbi və digər sahələrdə müxtəlif razılaşmalar əldə olunub. Birgə hərbi təlimlərin miqyasını genişləndirmişik", - nazir müavini bildirib.

Y.S.Kıran həmçinin Qarabağda 132 kvadratkilometrlik ərazinin minalardan təmizləndiyini və bu istiqamətdə səylərin davam etdiyini vurğulayıb.

O, eyni zamanda, Azərbaycanın azad edilmiş ərazilərində Türkiyənin 9 şirkətinin fəaliyyət göstərdiyini xatırladıb.




Facebook'da Paylaş