Vladanka Andreyeva: "BMT Azərbaycanın səylərini dəstəkləyəcək"

31-01-2022, 11:30

Vladanka Andreyeva: "BMT Azərbaycanın səylərini dəstəkləyəcək"

“Azərbaycan hökuməti münaqişədən sonra bəyan etdi ki, biz insanların həmin ərazilərə təhlükəsiz şəkildə qayıdışını təmin edəcək”.

Ordum.az-ın xəbərinə görə, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva “Postmünaqişə dövründə bərpa işlərində qadınların rolu” mövzusunda keçirilən konfransda deyib.

“Ərazilərin minalardan təmizlənməsinə, məşğulluq imkanının təmin edilməsinə çalışmalıyıq. BMT uzun müddət ərazində Azərbaycan hökuməıtinin tərəfdaşı olub. Biz davamlı şəkildə Azərbaycan hökumıtinin göstərdiyi səyləri dəstəkləyəcəyik. Əlimizdən gələni edəcəyik ki, qadınlar da masa arxasında otursun”, - o bildirib.

Vladanka Andreyeva vurğulayıb ki, BMT 5 məsələ ilə bağlı Azərbaycan hökuməti ilə razılığa gəlib: “Onlardan biri də gender bərabərliyi ilə bağlıdır. İstərdik ki, biz bu dialoqu aparaq. Qadınlar və qızlar nəinki masa arxasında öz yerlərini tapmalı, həmçinin bərpa işlərində iştirak etməlidirlər”.




Facebook'da Paylaş