Rusiya XİN-dən Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsi ilə bağlı açıqlama

13-01-2022, 18:06

Rusiya XİN-dən Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsi ilə bağlı açıqlama

Rusiya Xarici İşlər Nazirliyi Azərbaycanın dövlət sərhədinin Kəlbəcər istiqamətindəki gərginləşmə ilə bağlı açıqlama yayıb.

Ordum.az xəbər verir ki, bu barədə Rusiya XİN-in sözüçü Mariya Zaxarova məlumat verib.

“Rusiya Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsindən ciddi narahatdır və tərəfləri münaqişənin hərbi yolla həllindən çəkinməyə çağırır”, - sözçü bildirib.

O, gərginlikdən qaçmağın əsas həllini sərhədin delimitasiya-demarkasiya prosesinin başlanmasında görüb. Sözçü qeyd edib ki, bu məsələdə Rusiya hərtərəfli yardım etməyə hazırdır.




Facebook'da Paylaş