Erməni deputat: "Naxçıvana gediş-gəliş üçün Azərbaycana yol verilməlidir"

29-10-2021, 13:56

Erməni deputat: "Naxçıvana gediş-gəliş üçün Azərbaycana yol verilməlidir"

"Onların (Azərbaycan tərəfini nəzərdə tutur - red.) Naxçıvana gediş-gəlişi üçün yol verilməlidir”.

Ordum.az “Aysor”a istinadən xəbər verir ki, bunu Ermənistan parlamentindəki hakim “Vətəndaş müqaviləsi” fraksiyasından olan deputat Qaqik Melkonyan bildirib.

Onun sözlərinə görə, bu məsələ yaxın günlərdə Moskvada keçiriləcək rəsmi görüşdə müzakirə ediləcək.

“Biz onlara dəmir yolu və ya avtomobil yolu veririk. İndi biz Qarabağa necə gediş-gəliş edirik? Eləcə də onlar Naxçıvana gediş-gəliş imkanı əldə etməlidir”, - deputat vurğulayıb.




Facebook'da Paylaş