Maksim Şevçenko: "ATƏT-in Minsk qrupu tarixi ədalət üçün heç bir iş görməyib"

15-10-2021, 12:17

Maksim Şevçenko: "ATƏT-in Minsk qrupu tarixi ədalət üçün heç bir iş görməyib"

"ATƏT-in Minsk qrupu tarixi ədalətin bərqərar olması üçün heç bir iş görməyib".
Ordum.az xəbər verir ki, bunu “Report”un Rusiya müxbirinə rusiyalı politoloq, jurnalist, aparıcı və ictimai xadim Maksim Şevçenko Azərbaycan, Rusiya və Ermənistan XİN başçıları arasında Minskdə keçirilmiş üçtərəfli görüşü şərh edərkən bildirib.
“Danışmaq döyüşməkdən daha asandır. Mən hər zaman bu cür görüşlərə müsbət yanaşıram, xüsusilə də bu görüş Minskdə keçirilib. Bilirik ki, indiyədək ATƏT-in Minsk qrupu tarixi ədalətin bərqərar olması üçün heç bir iş görməyib. Azərbaycan Prezidenti İlham Əliyevin bu təşkilatın fəaliyyətinə verdiyi qiymət tamamilə doğrudur. Yəqin ki, Minskdə gələcəyin yeni bir təşəbbüsünə start vermək zamanı çatıb”, - o deyib.
Ekspertin sözlərinə görə, tərəflər dialoqun qurulmasına və münasibətlərin sağlamlaşdırılmasına ehtiyac duyurlar: “İnanıram və bilirəm ki, Azərbaycan və erməni xalqları sülh istəyirlər. Azərbaycan sülh, normal sərhədlərin, iqtisadi münasibətlərin və nəqliyyat dəhlizlərinin qurulması istiqamətində öz addımlarını atıb. İndi Ermənistanın növbəsidir”.
M.Şevçenko vurğulayıb ki, hazırda dialoqun davam etdirilməsi üçün böyük perspektivlər mövcuddur: “Rusiyanın danışıqlarda iştirakı dialoqun mümkünlüyünə ümid verir. Çünki Rusiya Azərbaycanın sınaqdan çıxmış dostudur. Prezident Putin hər zaman sözünü tutur”.




Facebook'da Paylaş