Elxan Şahinoğlu:"İbrahim Rəisi qonşularla münasibətləri gərginləşdirmək xəttini seçib"

5-10-2021, 17:56

Elxan Şahinoğlu:"İbrahim Rəisi qonşularla münasibətləri gərginləşdirmək xəttini seçib"

İbrahim Rəisi köhnə vəzifəsində məhkəmə qərarlarıyla illər boyu necə ki insanları kütləvi sürətdə ölümə məhkum edib, prezident vəzifəsini də oxşar üsullarla icra edəcəyini düşünür. Ondan əvvəlki prezidentlər sanksiyalar qarşılığında yeganə xilasın qonşularla normal münasibətlərdə görür, iqtisadi və ticarət tərəfdaşlığına üstünlük verirdilər. İbrahim Rəisi üçün isə iqtisadiyyat, insanların sosial problemlərinin həlli arxa plandadır, onun üçün ideoloji savaş önəmlidir. İbrahim Rəisi iki qonşusu – Azərbaycan və Türkiyə ilə münasibətləri gərginləşdirmək xəttini seçib, “qırmızı çizgiləri” aşıblar. Ancaq o tək deyil, ali dini lider və İslam Keşikçilər Korpusunun komandanlığı da “sionizmlə mübarizə” adı altında Azərbaycanı hədəf seçiblər.
Geri addım atacağımızı zənn edərək təzyiqi artırırlar. Ancaq atdıqları hər addımın qarşılığı var, necə ki, Naxçıvana hərbi yükdaşımalarını həyata keçirən təyyarələr üçün öz hava məkanlarını qapatdılar, biz də İranın ali dini liderinin Azərbaycandakı nümayəndəsinin Bakıdakı ofisini bağladıq. Tehran növbəti addım kimi Azərbaycandakı səfirini geri çağıracaqsa, Bakıda da oxşar addım atacaq.




Facebook'da Paylaş