Merkeldən Türkiyə ilə bağlı xəbərdarlıq:

12-10-2021, 23:43

Merkeldən Türkiyə ilə bağlı xəbərdarlıq:

Almaniya Kansleri Angela Merkel Türkiyənin Avropaya qanunsuz qaçqın axını ilə mübarizədə Avropa Birliyi (AB) üçün mərkəzi rol oynadığını deyib.
Kansler Türkiyənin AB üçün mühüm tərəfdaş olduğunu bildirib.
“Türkiyəni gözardı edə bilməzsiniz. NATO üzvü Türkiyə Avropaya qanunsuz köçlə mübarizədə Avropa Birliyi üçün mərkəzi rol oynayır. Türkiyənin böyük hədəfləri var və münasibətlərdə də məyusluğa səbəb olan bir çox məsələlər mövcuddur. Əsas mövzularla bağlı fərqli yanaşmalar olsa belə, yenə də praqmatik razılaşma yolu tapmaq lazımdır. Danışıqları davam etdirməliyik”.




Facebook'da Paylaş