Volodimir Zelenski: "Düşməni ədalətli cəza gözləyir

17-10-2022, 12:00

Volodimir Zelenski: "Düşməni ədalətli cəza gözləyir

“Düşməni ədalətli cəza və gələcək nəsillərin qınağı gözləyir”.

Ordum.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski teleqramda yazıb.

Onun sözlərinə görə, Rusiya ordusu bütün gecə boyu dinc Ukrayna əhalisini hədəf alıb: “Kiyevdə yaşayış binasında partlayış baş verib. Düşmən şəhərlərimizi vura bilər, amma bizi sındıra bilməyəcək”.

Zelenski Ukraynanın qələbəsinə inandığını vurğulayıb.

Xatırladaq ki, Rusiya Silahlı Qüvvələri gecə boyu bir neçə dəfə İran istehsallı PUA-larla Ukraynanın paytaxtı Kiyevə hücum edib.




Facebook'da Paylaş