Şəhidliyin 30 ili

13-01-2024, 16:37

Şəhidliyin 30 ili

Sabah Malik Məmmədovun anım günüdür

1972-ci ildə Qafan rayonunun Yuxarı Gödəkli kəndində anadan olmuş Məmmədov Malik Bəhmən oğlu Azərbaycan torpaqlarını düşmən caynağından xilas etmək üçün 1992-ci ilin aprel ayında könüllü olaraq cəbhəyə yola düşüb. İlk döyüşə Füzuli bölgəsindən başlayıb. Füzulinin Qacar, Divanlılar və başqa kəndləri uğrunda gedən döyüşlərdə fəallıq göstərib düşmənə ağır zərbələr vurub.
1994-ci il yanvarın 13-ü Malikin son döyüş günü olub. Həmin gün Malikin qulluq etdiyi tabor Aşağı Əbdülrəhmanlı kəndini düşməndən azad etmək üçün hücuma keçib. Gecədən başlayan döyüş zamanı xeyli itki verən düşmən Əbdülrəhmanlı kəndini tərk edib. Malikin dəstəsi qaçan düşməni təqib edərək 8 kilometr geriyə qovub. Malik təkbaşına 12 düşməni və düşmənin 2 snayperini məhv edib. Elə həmin döyüşdə də şəhid olub.
Cəsur döyüşçü yanvarın 14-də Şəhidlər Xiyabanında dəfn olunub. Bakının Nərimanov rayonundakı küçələrdən biri Malik Məmmədovun adını daşıyır. O, Azərbaycan Prezidentinin 24 iyun 2010-cu il sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalı ilə təltif olunub.
Sabah Malik Məmmədovun anım günüdür
P.S. 14 yanvar 2024 çü il tarixdə, saat 11-00 da Şəhidlər Xiyabanı ziyarət ediləcək. Hamı dəvətlidir. Getmək istəyənlər saat 11-00 da Xiyabanın girişinə toplaşsınlar.




Facebook'da Paylaş